Şəmkirdə DƏHŞƏTLİ QƏZA: ölən və yaralananların kimliyi məlum oldu - SİYAHI / YENİLƏNDİ

Baxış sayı:
12594

Gecə Şəmkirdə avtobus qəzasında xəsarət alan şəxlərin kimliyi məlum olub.

Şəmkirin Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobilinin toqquşması nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Bakı şəhər sakinləri - 1989-cü il təvəllüdlü İmamxanova Çinarə Eyyub qız sağ topuğun çapılan yayarsı, 1992-ci il təvllüdlü Mirəliyev Xəyyam Ümidvar oğlu sağ əlin cırılmış yarası, Əmiraslanova Sevinc Süleyman qızı sağ baldır sümüyün yer dəyişən sınığı, 1966-cı il təvəllüdlü Səbxanova Göyçək Mehralı qızı bel nahiyyəsinin əziyi, 1946-cı il təvllüdlü Süleymanova Qələm Cavad qızı sol ayağın əziyi və sıyrılmış yarası, 1978-ci il təvəllüdlü Kazımova Arzu Mətləb qızı hər iki dizin sıyrılması, Xırdalan sakini 1957-ci il təvəllüdlü Əliyeva Gülsüm Məmmədağa qızı sol qaşın çapıq yarası, Füzuli rayon sakinləri – 1989-cu il təvvəlüdlü Babayevə Növrəstə Qardaşxan qızı sol daraq sümüyünün sınığı, Məmmədova Miranə Ərşad qızı burun sınığı və bel nahiyyəsinin əziyi, Qax sakini, 1997-ci il təvəllüdlü Əliyev Nicat Gəray oğlu qapalı beyin travması, Sumqayıt şəhər sakini Qurbanəliyeva Günel Nəsrəddin qızı sol bud sümüyünün qapalı sınığı, o cümlədən 2 Türkiyə vətəndaşı - 1983-cü il təvəllüdlü Sener Yavuz Süleyman sağ dizin cırılması, sağ qamış sümüyünün sınığı və Darmış Ruzun Asser sağ qaş üstünün cırılmış yarası alıblar.

Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxslərin 14-ü ambulator müalicəyə göndərilib, 1 nəfər Qax sakini olan N.Əliyev stasionar müalicədədir, vəziyyəti ağırdır.

Avtobusun Türkiyədən Azərbaycana gəldiyi bildirilir. (trend)

****

Şəmkir rayonu ərazisində baş verən ağır yol nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Qəzaya düşən “Mercedes” markalı avtobus İstanbul-Bakı marşrut xətti üzrə hərəkət edirmiş. Avtobusda sürücü, sürücünün köməkçisi və 52 sərnişin olub. Şahidlərin bildirdiyinə görə, qəzaya səbəb “Şaqman” markalı yük maşınının avtobusa çırpılması olub.

Qəzada yaralanan qadın “Report”a açıqlamasında deyib ki, qəza nəticəsində sürücünün köməkçisi elə hadisə yerində keçinib: “ Hər kəs bir-birini tapdalayıb avtobusdan düşməyə çalışırdı. Avtobusda uşaqlar da vardı. Hamımız düşüb baxdıq ki, yük maşını avtobusa çırpılıb. Bəzi sərnişinlər yolda maşın saxlayıb minib evlərinə getdilər.

Mən qəzada ciddi xəsarət almamışdım, sadəcə düşmək istəyəndə sərnişinlər itələdilər yıxıldım. Üzərimdən keçdikləri üçün xəsarət aldım. Məncə yük maşını bizi vurub. Günah onda olub."

***

05:40

Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Türkiyədən gələn avtobus yük maşını ilə toqquşub. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

15 nəfərə yaxın yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. Qəza yerində bir nəfər (kişi) ölüb. 10-dan çox sərnişinə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.