​Şirvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Şirvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub. 
Muxalifet.az-ın Report-a istinadən məlumatına görə, Fəqan Həsənov şəhər icra başçısının müavini - Şəhər təsərrüfat şöbəsinin müdiri təyin edilib. 
O, bu təyinatadək Şirvan şəhər bələdiyyəsi sədrinin müavini vəzifəsində işləyib.
Qeyd edək ki, icra başçısının müavini Şəfayət Vaqif oğlu Əsgərov bu il avqustun 12-də xəstəxanada ürək əməliyyatı zamanı dünyasını dəyişib.