SİNCARIN ABŞ PLANINDAKI YERİ

Türkiyə, terror yuvası olan İraqın Sincar bölgəsini təqib altında saxlayır. PKK-nın "çəkildik" dediyi Sincarda baxın, hansı oyunlar oynanılır?
Taha Dağlı /haber7
PKK TERRORÇULARI HƏLƏ DƏ SİNCARDA
Terror təşkilatı Sincardan çəkilmədi. Bunu şəxsən Peşmergənin Sincar Komandanı Qasım Şeşo açıqlayıb.
Şeşo, "doğrusunu söyləmək lazım gələrsə, PKK Sincardan tamamilə çəkilməyib" deyib.
PKK-nın SİNCAR DAVAMI YNŞ
Terror təşkilatı eynilə Suriyadakı kimi, İraqda da fərqli adlarda çıxıntılara malikdir. PKK-nın Sincardakı davamı YBŞ-dir. PKK terror təşkilatının Sincardan çəkilərkən Sincarı YNŞ-yə həvalə etdikləri iddia edilmişdi. Peşmergə komandanı Qasım Şeşo, PKK-nın Sincardaki çıxıntısını etiraf edərək, "Sincarda hər şeyi YBŞ-yə təslim etdiklərini deyirlər, amma onsuz da YBŞ də fərqli bir adla yaradılmış PKK-ya bağlı bir qrupdur" deyib.
PKK SURİYADA DA PALTARINI DƏYİŞİR, ÖZLƏRİNƏ YENİ AD VERİRLƏR
Bu arada PKK-nın Suriya davamı PYD, Afrin məğlubiyyətindən sonra ad dəyişikliyinə gedir. Terror təşkilatı bundan sonra "Suriyanın gələcəyi" və ya "Suriyanın sabahı" kimi adlanacaq. Terror təşkilatı həm İraqda, həm də Suriyada ad dəyişiklikləri həyata keçirir.
İRAQ ORDUSU SİNCARDA MI?
İraq Ordusu bazar günü Sincara girdiklərini və PKK-nın çəkilməsi ilə regionu nəzarət altına aldıqlarını bildirmişdi.
ANKARA YAXIN TƏQİBDƏ
Türkiyə Sincardaki fəallığı təqib edir. Bu barədə İraq hökumətilə qurulmuş olan ünsiyyət zənciri var. Əgər İraq ordusu PKK-nın çıxıntıları ilə birlikdə Sincardan çəkilməsini təmin edər, Sincarın təhlükəsizliyi İraq ordusu tərəfindən zəmanət altına alınarsa, əməliyyata ehtiyac qalmayacaq. Ancaq bu vəziyyət bir müddət müşahidə altına alınacaq. Türkiyə Suriyada olduğu kimi, İraqın şimalında də hərbi və kəşfiyyat şəbəkəsinə malikdir. Başikadan Türk qüvvələri çəkilmədi, eyni zamanda kəşfiyyat işləri də var. Yəni Türkiyənin meydançada, Sincardan PKK çəkildimi, çəkilmədimi, yerinə PKK-nın başqa uzantısımı girdi, Sincar tamamilə terrordan təmizlənibmi, kimi, sualların cavabını verəcək gücü var.
İRAQ SİNCARDA NİYƏ TÜRKİYƏ İLƏ BİRGƏ ƏMƏLİYYATA QARŞI ÇIXDI?
Türkiyə bir hüquq dövlətidir. Sərhədlərindəki terror təşkilatlarına müdaxilə etməsi isə özünümüdafiə hüququdur. Ancaq bu hüquqdan istifadə etmədən əvvəl İraqdakı mərkəzi hökumətə birgə əməliyyat üçün təklif verib, çünki Türkiyə İraqın ərazi bütövlüyünə hörmət göstərir. Bağdad hökumətinə "PKK-nın Sincardan çıxarılması üçün birgə əməliyyat" təklif edilib. İraq bunu rədd edib. Çünki İraqdakı hökumət təəssüf ki bir qoldan ABŞ-a, digərindən də İrana bağlıdır. Türkiyənin Sincara qarşı əməliyyatı, İraqda müstəqil bir iradə tərəfindən qarşılıq görmür.
SİNCAR TERROR TƏŞKİLATLARI ÜÇÜN BİÇİLMİŞ DONDUR
Sincar, İraq-Suriya sərhədinə yaxın bir nöqtədə yerləşir. Eyni zamanda Sincarın şimalı da Türkiyə sərhəddir. Buranı daha əvvəl İŞİD terror təşkilatı işğal etmişdi. İŞİD Sincar üzərindən İraqda Mosul, Suriyada Raqqa marşrutunu təşkil edirdi. Sincar həmçinin terrorçular üçün dağlıq ərazi olduğundan çox əlverişli bir bölgədir. PKK o səbəbdən buranı ikinci Qəndil kimi görür.
ABŞ SİNCARDA İŞİD-i QORUMA ALTINA ALMIŞDI
Sincar 2014-cü ildə İŞİD terror təşkilatı tərəfindən işğal olundu. 2015-ci ilin avqustunda Peşmergə Sincara əməliyyat keçirməyə hazırlaşarkən, ABŞ rəhbərliyindəki koalisiya qüvvələri, o əməliyyatı əngəllədi. Peşmergə komandirinə "biz əməliyyat edirik, siz aradan çəkilin" deyildi. Ancaq ABŞ heç bir əməliyyat keçirmədi. Əksinə, İŞİD-ın Mosul-Raqqa əlaqəsini Sincar üzərindən təmin etmək üçün təşkilata yardımçı oldu. Sincar üzərindən Raqqaya gedən İŞİD konvoyuna havadan dəstək və qorumaçılıq edən Amerikan vertolyotları gətirildi.
SİNCARIN ABŞ PLANINDAKI YERİ
Suriya və İraqdakı işğalın əsas məqsədi, İraqın şimalından Suriyanın şimalına, oradan da Ağdənizə çıxan bir dəhliz yaratmaq idi. İraqdakı enerji mənbələri, insan alveri, narkotik qaçaqmalçılığı, tarixi əsər qaçaqmalçılığı, silah qaçaqmalçılığı kimi transferlər, bu dəhlizdən təmin olunacaqdı. İraqdan Suriyaya gedən bu dəhliz eyni zamanda Ağdənizdəki təbii qaz mənbələri ilə birləşəcəkdi. ABŞ-ın əsas hədəfi bu idi. Sincar isə bu hədəf çərçivəsində İraq-Suriya şimal xəttində ən əlverişli marşrut mövqeyindədir.
Müxalifət.az




















