Simptomsuz xəstələrə antivirus preparatları verilmir

Baxış sayı:
812

“Koronavirusu simptomsuz, yəni əlamətsiz keçirən xəstələrə antivirus preparatları verilmir. Onlar sadəcə vitamin və digər dərmanlarla təmin edilir”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, antivirus prepatlarının verilməsi üçün xüsusi göstərişlər olmalıdır və bu da xəstəxana şəraitində verilir: “Hazırda pandemiya xəstəxanaları kifayət qədər boşalıb. Ona görə də simptomlu xəstələr xəstəxanaya yerləşdirilir. Onlara da lazımi bütün dərman preparatları göstərişlərə uyğun verilir”.