​Şimali Koreya ABŞ-ı necə məhv edəcəyini açıqladı: HƏDƏF VULKAN DAĞIDIR

“Şimali Koreya vulkan dağını nüvə bombası ilə vuraraq ABŞ-ı məhv edəcək”.
Muxalifət.az xəbər verir ki, bu sözləri amerikalı analitik və yazıçı Devid Med deyib.
O, Şimali Koreya hökumətinin ABŞ-ın Vyominq əyalətindəki Yellovston vulkanını oyandıraraq bu ölkəni məhv etməyi hədəf aldığını iddia edib.
Lakin, o iddialarını təsdiq edəcək hər hansı sübut təqdim etməyib. Analitik bütün detalları nəşrə hazırladığı yeni kitabında açıqlayacağını deyib.
Mütəxəssislər bildirib ki, Yellovston Milli Parkındakı vulkanın partlayacağı təqdirdə ətrafda yaşayan 87 000 nəfər həlak olacaq. Atmosferə yayılan vulkanik toz və nüvə qalıqları səbəbilə ABŞ torpaqlarının üçdən ikisi istifadəsiz hala gələcək./publika/