"Şəhidlərimiz canımızdır, Şəhidlərimiz Azərbaycanımızdır!" - TANINMIŞ MÜĞƏNNİ / FOTO

Baxış sayı:
23747

Azərbaycanın Əməkdar artisti Xumar Qədimova “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində təşkil olunan tədbirdə şəhid anaları qarşısında çıxış edib.

Muxalifet.az xəbər verir ki, ifaçı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Mənim oğlum qəhrəmandır” layihəsinə dəvət edilmiş 700 yaxın ananın qarşısında çıxış etdim, kədərimizi birlikdə yaşadıq. Şəhidlərimiz canımızdır, Şəhidlərimiz Azərbaycanımızdır!!"

Tədbirin təçkilatçılarından “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov Xalq artistinə layihəyə dəstək verdiyinə görə təşəkkür edib:

“Kim bilir haradadırlar, yerləri rahatdırmı” deyə düşünmək alışqanlıqdır onlar üçün. Analar balalarına görə hər zaman narahatdırlar... Cənnət onların yeganə təsəllisidir. Ruhları ilə yaşamaq talelərinə yazılıb. Əziz balaların yatdığı yer torpaq, gəzdiyi yer asimandır artıq...

Analar bu mahnını onların duyğularını ifadə etdiyi üçün sevirlər. Təkrar-təkrar dinləməklə göz yaşlarını ürəklərində saxlamadan, darıxdıqlarını gizlətmədən qəhrəman övladlarına göndərirlər.

Hər tədbirdə şəhid analarının qəlb yaralarına sığal çəkən Əməkdar artist Xumar Qədimovaya təşəkkür edirik".