Əsəddən Türkiyəyə qarşı TƏHLÜKƏLİ HƏMLƏ: 48 saat ərzində...

Baxış sayı:
13092

Suriya ordusu 48 saat ərzində Münbiç və Kobani şəhərlərinə girməyi planlaşdırır.
Publika.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda mənbələrə istinadən Livanın “Al-Mayadeen” telekanalı bildirib.
Türkiyə sərhədində yerləşən bu şəhərlər əsas hissəsi PYD/YPG terror təşkilatının təşkil etdiyi “Suriya Demokratik Gücləri”nin nəzarəti altındadır. Hazırda Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu terror təşkilatına qarşı “Sülh çeşməsi” əməliyyatı həyata keçirir.