Saxta partlayışlar, meyitləri və yas mərasimlərini təsvir etmək üçün seçilmiş aktyorlar… - RUSİYADA “UKRAYNANIN HÜCUM PLANI” SƏHNƏLƏŞDİRİLİR

Baxış sayı:
1253

Birləşmiş Ştatlar Rusiyanın “Ukrayna ordusu və ya kəşfiyyatı tərəfindən təşkil edilmiş” uydurma hücumlar vasitəsilə Ukraynanı işğal etmək üçün bəhanələr tapmağa çalışacağına dair kəşfiyyat məlumatı əldə etdiyini bildirib. Qafqaz.media xəbər verir ki, ABŞ mediası isə Rusiyanın Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz təyyarələrinin saxta əməliyyat çərçivəsində istifadə edildiyini iddia edə biləcəyini yazır.

ABŞ Dövlət Departamenti qeyd edib ki, Rusiyanın nəzərdən keçirdiyi imkanlardan biri saxta Ukrayna hücumlarını ehtiva edən təbliğat videolarının hazırlanmasıdır.

Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat brifinqində bu məlumatın ictimaiyyətlə paylaşılmasının səbəbini açıqlayıb. O deyib ki, məqsəd Rusiyanın Ukraynaya qarşı sabitliyi pozan hərəkətlərinin miqyasını açıqlamaq və Kremlin “təhlükəli bir cəhd” içində olduğunu göstərməkdir.

Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib ki, Rusiyanın planına saxta partlayışları nümayiş etdirəcək, meyitləri və yas mərasimlərini təsvir etmək üçün aktyorlardan istifadə edəcək təbliğat videosu hazırlamaq daxildir. Kirbi qeyd edib ki, ruslar planın etibarını artırmaq üçün Ukrayna və Qərbin istifadə etdiyi hərbi texnikanı da səhnələşdirəcək. Guya, NATO üzvü Türkiyə tərəfindən təchiz edilən pilotsuz təyyarələr Ukrayna tərəfindən Donbas bölgəsində rusiyayönlü separatçılara qarşı istifadə olunur. Bu vəziyyət Ukraynaya hərbi texnologiya satışına qarşı çıxan Moskvanın reaksiyasını çəkir.

"Rusiyanın bu yolla gedəcəyini dəqiq bilməsək də, bunun onun variantları arasında olduğunu bilirik", - deyə ABŞ Milli Təhlükəsizlik Müşavirinin köməkçisi Conatan Finer bildirib.

Pentaqonun sözçüsü Con Kirbi kimi, Finer də MSNBC-yə verdiyi müsahibədə, "Özlərinin hazırladıqları bir hadisədə öldüyü iddia edilənlər üçün yas mərasimlərini canlandıracaq aktyorlar olacaq və öldürülənləri göstərmək üçün cəsədlər köçürüləcək", - deyə açıqlama verib.

 

Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss Amerika kəşfiyyatında deyib ki, “Rusiyanın Ukraynada sabitliyi pozmaq üçün heç bir təxribat və gizli fəaliyyət olmadan təcavüzünün açıq və şokedici sübutları var”.

"Suveren, demokratik bir ölkəyə qarşı təcavüzkar niyyətlər tamamilə qəbuledilməzdir və biz bunu ən kəskin şəkildə qınayırıq. İngiltərə və müttəfiqlərimiz Rusiyanın hiylə və təbliğatını ifşa etməyə davam edəcəklər", - Truss yazılı açıqlamasında bildirib.

fə deyil. Daha əvvəl də buna bənzər bir şey deyilib, amma heç nə çıxmayıb" deyə cavab verib.

Qeyd edək ki, bu iddialar ABŞ-ın Avropadakı NATO müttəfiqlərinə əlavə qüvvələr göndərəcəyini elan etdikdən bir gün sonra ortaya çıxdı.

Rusiya ABŞ-ın qərarının “dağıdıcı” olduğunu bildirib və NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığını əsaslandırıb.