Savaş təhlükəsi: MKİ ŞEFİNDƏN XƏBƏRDARLIQ

 MKİ direktoru Mike Pompeo ABŞ-da iştirak etdiyi forumda Şimali Koreyanın ABŞ-ı vurmağa çox yaxın olduğunu bildirib.
 
Müxalifət.az xəbər verir ki, Amerika kəşfiyyatının başçısı Mike Pompeo Vaşinqtonda keçirilən milli təhlükəsizlik forumunda Şimali Koreyanın nüvə silahlarını təkmilləşdirməsinə çox yaxınlaşdığını deyərək, "ABŞ-ı vurmaları çox yaxındır" ifadəsini işlədib.
Demokratiya Müdafiə Fondunun keçirdiyi iclasda Pompeo, "ABŞ-ın siyasət perspektivindən baxdıqda, ABŞ-a hücum etmək hədəfləri olanlara, sanki artıq bunu həyata keçirirlərmiş kimi davranmalıyıq" deyib.
 Beynəlxalq aləmə da səslənən Pompeo, "Kim jong Unun nüvə silahına malik olmamasını təmin etmək üçün qlobal səy göstərməyimiz lazımdır" ifadələrinə yer verib.
Müxalifət.az