“Sarı Market”də vaxtı keçmiş məhsullar satılır? - FOTOLAR

Baxış sayı:
27001

Vətəndaşlar “Sarı Market” marketlər şəbəkəsində vaxtı bitmiş məhsulların satıldığını iddia edirlər. Muxalifet.az xəbər verir ki, bu haqda sosial şəbəkə istifadəçiləri məlumat paylaşıb. Biləcəridə “Məmmədoğlular” servislə üzbəüz yerləşən “Sarı Market”dən holland pendiri və uşaq üçün qerkules alan istehlakçı onların vaxtının keçdiyini bildirir. Alıcı şikayət üçün marketə üz tutsa da, səlahiyyətli şəxslər “bir azca kiflənib” deyərək onu yola salıb. Alıcıların sözlərinə görə, marketdə vaxtı bitmiş məhsulların tarixi dəyişdirilir./Yeni Sabah