​Saakaşvilini həbs edən PROKUROR KREMLİN CASUSUDUR?

Baxış sayı:
3883

Ukrayna Baş prokuroru Yuri Lutsenko Kremlin casusudur.
Bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Radasının Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin keçmiş sədr müavini Renat Kuzmin söyləyib. Onun sözlərinə görə, Lutsenko Maydan hadisələrindən öncə həbsdən buraxılıb və bu zaman Ukrayna Təhlükəsizlik Xidməti ilə işləyəcəyinə dair razılıq verib:
 “O, Yanukoviçin zamanında Ukrayna Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinə provokator kimi işləməyə razılıq verib. Bunun qarşılığında azadlığa buraxılıb. O, müxalifət hərəkatını daxildən dağıtmalı, konfliktlər yaratmalı idi. Lutsenko Rusiya Federasiyasının sifarişi ilə Yuliya Timoşenkonu opponenti olmalı idi. Məhz Kremlin sifarişi ilə Lutsenkov Yanukoviçin zamanındakı kəşfiyyat tərəfindən təsir altına alınıb”./axar/