Rusiyanın Gürcüstana təcavüzündən 12 il ötür - DÖVLƏT BAYRAQLARI ENDİRİLDİ

Baxış sayı:
1672

Bu gün Rusiya və Gürcüstan arasındakı 2008-ci ilin avqust müharibəsinin 12-ci ildönümü tamam olur.

“Report”un yerli bürosu xəbər verir ki, müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstanın prezident sarayı, hökumət administrasiyası, parlament binası və digər dövlət idarələrində bayraqlar endirilib.

Müharibənin ildönümünə həsr olunan anım mərasimləri bütün ölkə ərazisində və Gürcüstanın xarici ölkələrdəki səfirliklərində keçiriləcək. 

Xatırladaq ki, 2008-ci ilin avqustun 8-də başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Hərbi əməliyyatlar zamanı Gürcüstanın 408 vətəndaşı həlak olub.