​Rusiyada növbəti böyük yanğın başladı

Baxış sayı:
7231

Rusiyanın Sankt-Peterburq şəhərində böyük yanğın baş verib.
Muxalifet.az xəbər verir ki, "Rolf" adlı avtosalon yanmağa başlayıb. Yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, martın 25-də baş vermiş yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər ölüb. Ölənlərin sayının 78-ə çatacağı ehtimal olunur.