Rusiyada keçiriləcək Futbol üzrə DUNYA ÇEMPİONATINA BOYKOT TƏHDİDİ

Baxış sayı:
6736

İngiltərədə keçmiş Rus casusu Sergey Skripal və qızı Yulianın zəhərlənməsindən sonra başlayan böhran futbola da sıçradı. Rusiyada təşkil olunacaq futbol üzrə Dünya Kuboku öncəsi İslandiya və Polşa çenpionatı boykot edəcəyini açıqlayıb.
 
Dünya üzrə 27 ölkə 139 Rus diplomatı deportasiya etdiyini açıqlamasından sonra İslandiya, iyun ayında Rusiyada keçiriləcək 2018 FİFA Dünya Kubokunu boykot edəcəyini bildirib. Sonra Polşa da İslandiya kimi çempionatı boykot edəcəyini bəyan edib. Danimarka, İsveç və Yaponiya isə boykot məsələsini müzakirə etdiklərini açıqlayıb. Bu arada Rus diplomatları deportasiya edəcəyini açıqlayan ölkələrin sayı 27-yə yüksəlib. Avropa Birliyi üzvlərindən Fransa (4), Almaniya, (4) Polşa (4), Çexiya (3), Litva (3), Danimarka (2), İtaliya, (2) Hollandiya, (2) İspaniya, (2) Xorvatiya (1), Rumıniya, (1) Estoniya (1), Finlandiya, (1) Macarıstan (1), Latviya (1), İsveç, (1) İrlandiya (1) Rus diplomatını deportasiya edəcəklərini bildirib. Avstriya, Yunanıstan, Cənubi Kipr, İsveçrə, Portuqaliya bu fazada Moskva rəhbərliyinə qarşı bu cür tədbir almağı düşünmədiklərini açıqlayıb. Aİ üzvü olmayan Avropa ölkələrindən Ukrayna (13), Moldova, (3) Albaniya, (2) Avstraliya (2), Makedoniya (1) və Norveç (1) Rus diplomatı deportasiya etdiyini açıqlayıb. ABŞ isə 60 Rus diplomatı deportasiya edəcəyini açıqlamışdı.
 
NATO DA DÖVRƏYƏ GİRDİ
 
Digər tərəfdən, casus böhranına NATO da daxil oldu. NATO daxilindəki və müttəfiq ölkə paytaxtları arasında intensiv məsləhətləşmələrdən sonra 7 Rus diplomatın akkreditasiyasını ləğv edib, 3 akkreditasiya müraciətini də qəbul etməyib.
Müxalifət.az