Rusiyada daha 111 nəfər koronavirusun qurbanı oldu

Baxış sayı:
853

Rusiyada son sutka ərzində daha 4941 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 985 min 346-ya çatıb.

Son bir gündə virusdan həm də 111 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 17 min 025 nəfər olub.

İndiyədək 804 min 383 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.