RUSİYA XANKƏNDİNƏ 60-dan ÇOX HƏRBİ HƏKİM GÖNDƏRDİ! - Rəsmi Bakı ilə razılaşdırılıbmı? + VİDEO

Baxış sayı:
1110

Rusiya Xankəndiyə 60-dan çox hərbi həkim göndərib. Bu barədə “RİA Novosti” ölkənin Müdafiə Nazirliyinin açıqlamasına istinadla xəbər yayıb.

Birinci hissəyə hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir.

Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya hərbçiləri artıq Xankəndidə ictimai nəqliyyatın bərpasına kömək ediblər.

Qeyd edək ki, Rusiya müxtəlif adlar altında Qarabağa çoxlu sayda hərbçi göndərir. Bunların gəlişi,orada nə qədər qalacağı rəsmi Bakı ilə razılaşdırılırmı? Sabah bizim üçün problemə çevrilməyəcəyinə təminat varmı? 

Getdikcə ictimaiyyəti daha çox narahat edən bu suallara aydınlıq gətirilməsi vacibdir.