​Rusiya telekanalı Sərkisyanı faşist adlandırdı - VİDEO

Rusiya Müdafiə Nazirliyinin rəsmi televiziyası “Zvezda” Ermənistanın Avropa Birliyi ilə genişlənmiş tərəfdaşlıq haqqında razılaşma imzalamaq niyyətini tənqid edib.
Muxalifət.az xəbər verir ki, İrəvana qarşı tənqid televiziyada yayımlanan “Veronika Kraşeninnikova ilə proqnozlar” proqramında səsləndirilib. Teleaparıcı proqramda İrəvanı faşizm nümayəndələrini qəhrəmanlaşdırmaqda ittiham edib. Ukrayna ilə Ermənistan arasında paralellər aparan aparıcı 2016-cı ildə İrəvanda erməni faşizminin məşhur siması olan Qaragen Njdeyə heykəl qoyulduğunu söyləyib. Njdeyə heykəl qoyuluşunu faşist Almaniyasına qarşı döyüşdə həlak olan ermənilərin ruhuna təhqir sayan Kraşeninnikova Njdenin Ermənistanın hakim Respublika Partiyası üçün qəhrəman olduğunu vurğulayıb.
Bundan sonra teleaparıcı Respublika Partiyasının loqotipini faşizmə kimi nümunə göstərib. O, partiyanın loqotipi ilə bağlı bir müddət əvvəl partiya liderindən birinə verdiyi sualında “bəli, biz ariyik” cavabını aldığını və bundan çox təəccübləndiyini söyləyib.
Qeyd edək ki, Kraşennikovanın verilişi dünən yayımlanıb./axar/