​Rusiya Mariupoldan öz qüvvələrini köçürə bilər – BRİTANİYA KƏŞFİYYATI

Baxış sayı:
1660

Rusiya Donbassda əməliyyatları gücləndirmək üçün qüvvələrini Mariupoldan köçürə bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi Britaniya kəşfiyyatının məlumatlarına istinadən məlumat yayıb.
"Rusiya Mariupolun təhlükəsizliyini təmin etdikdən sonra Donbasda əməliyyatları gücləndirmək üçün öz qüvvələrini yenidən həmin əraziyə yerləşdirəcək. Müharibə başlayandan bəri Ukraynanın Mariupolda davam edən müqaviməti o deməkdir ki, Rusiya qüvvələri bu ərazidə yenidən təchiz olunmalıdırlar".
Bununla belə, kəşfiyyat hesab edir ki, hərbi qüvvələrin yerləşdirilməsi uzun bir proses ola bilər. Hətta çox güman ki, Rusiya hərbçilərin lazımi hazırlığı olmadan bunu edəcək.
"Rusiya komandanlığı əməliyyat məqsədlərinə cəsarətlə nail olmaq üçün təzyiq altındadır. Bu o deməkdir ki, Rusiya lazımi hazırlıq olmadan öz qüvvələrini tez bir zamanda yerləşdirə bilər ki, bu da qüvvələrin daha da azaldılması ilə nəticələnir", - kəşfiyyat qeyd edir.
Britaniya kəşfiyyatı onu da bildirir ki, 1700-ə yaxın ukraynalı əsgər Mariupol metallurgiya zavodunu - “Azovstal”ı tərk edib və hazırda ərazidə naməlum sayda ukraynalı əsgər qalıb.
Muxalifet.az