​"Rusiya-ABŞ münasibətləri Qarabağ münaqişəsinə təsir etmir" - LAVROV

“ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsindəki əməkdaşlığa təsir etmir”.
Muxalifət.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ADA universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib.
O qeyd edib ki, Rusiya ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir: “Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi regiona səfər edirlər. Mən ümid edirəm ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək”./apa/