Rus İŞİD-cilərin yetim qalmış uşaqları Moskvaya gətirilib

Baxış sayı:
12415

Milliyətcə rus olan uşaqların İraqdan qaytarılması başa çatıb. Bu barədə Rusiyanın İraqdakı səfiri Maksim Maksimov TASS informasiya agentliyinə bildirib.

Rusiya FHN-i İŞİD üzvü olmuş və terrorçuluğa görə İraq həbsxanalarında saxlanılmış rus vətəndaşlarının övladlarını dünən gecə Moskvaya gətirib. Bağdaddan gələn xüsusi təyyarənin son reysiində 32 uşaq olub. Maksimov deyib ki, Moskva İraqdan 122 uşağı vətənə qaytarıb. Səfir həmçinin qeyd edib ki, daha İraqda rus vətəndaşı olan uşaq qalmayıb. İraq hökumət nümayəndələri bu məsələdə rus hökumətinə yardımçı olublar.
Xəbər verildiyinə görə, uşaqlar müayinədən keçirmək üçün birbaşa Rusiya səhiyyə nazirliyinin Milli Sağlamlıq Mərkəzinə aparılacaq. Təəssüf ki, onların əksəriyyətinin valideyinləri müharibədə ölüdüyünə görə yetim qalıblar.  
Muxalifet.az