Rövzət Qasımov MSK sədrinin müavini seçilib

Baxış sayı:
4906

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin edilən Rövzət Qasımov MSK sədrinin müavini seçilib.
APA-nin xəbərinə görə, Qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub. İclasda Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif olunub. Müzakirələrdən sonra təklif komissiyanın yekdil qərarı qəbul edilib.