Rəhim Qazıyevi döyən kürəkəni məhkəmə qarşısında - XULİQANLIQDA İTTİHAM OLUNUR

Baxış sayı:
3283

Bakıda xuliqanlıqda təqsirləndirilən Ramil Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Hakim İslam Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası martın 19-na təyin edilib.

Qeyd edək ki, R.Əzizov keçmiş həyat yoldaş A.Qazıyevaya qarşı xuliqanlıqda təqsirləndirilir.

Xatırladaq ki, Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də "102" Xidməti-Zəng Mərkəzinə müraciət daxil olub.

Həmin müraciət üzrə Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsində (PB) aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş həyat yoldaşı ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib.

Ona Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, R.Əzizov sabiq Müdafiə naziri Rəhim Qazıyevin keçmiş kürəkənidir.

R.Əzizovun həmçinin fevralın 19-da Yasamal rayonu ərazisində R.Qazıyevi döyməsi barədə məlumat yayılıb və o, polis tərəfindən saxlanılıb.