Ərdoğan baş nazir və qərargah rəisini çağırdı - Görüş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Binəli Yıldırım və Baş Qərargah rəisi Hülusi Akarla görüşüb.
Muxalifet.az xəbər verir ki, tərəflər İstanbulda Mabeyn sarayında bir araya gəliblər. Görüş zamanı Suriya və regional problemlərlə bağlı müzakirə aparılacağı bildirilib.
Qeyd edək ki, Ərdoğanın yaxın zamanda Rusiya və Qətərə səfər edəcəyi gözlənilir.