​Ərdoğan amerikalı senatoru qəbul etdi: Boltona zərbə...

Baxış sayı:
8257

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehemi Beştəpə sarayında qəbul edib.
Muxalifet.az xəbər verir ki, görüş zamanı ikitərəfli əlaqələrin və Suriyadakı son proseslərin müzakirə edildiyi bildirilib.
Görüşdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat naziri Hakan Fidan iştirak edib.
Qeyd edək ki, Ərdoğan ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu qəbul etməkdən imtina etmişdi.