Ərəb ölkələrinin “İsrailyönlü” QƏRARINA TÜRKİYƏDƏN TƏPKİ

Türkiyə Xarici İşlər Nazirliyi, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir tərəfindən nəşr edilən birgə bəyanata sərt reaksiya göstərib.
 
Türkiyə XİN-dən edilən açıqlamada, "Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir tərəfindən nəşr olunan birgə bəyanatla, Dünya Müsəlman Alimlər Birliyinin, heç bir əsası olmayan ittihamlarla terror təşkilatı olaraq elan edilməsini dərin bir təəssüf hissi ilə qarşıladıq"  deyə, bildirilib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müvəqqəti sədri olaraq, Müsəlmanlar arasında həmrəylik ehtiyacının artdığı bir dövrdə atılan bu addımın yalnız İslam əleyhinə olan dairələrə xidmət edəcək dəhşətli bir səhv olaraq dəyərləndiririk: "Heç bir terror hadisəsinə qoşulmayan alimləri öz çətiri altında toplayan belə bir təşkilatın terror təşkilatı olaraq elan edilməsi mədəniyyətimizə zidd bir davranışdır. Yanlış yanaşmadan qaynaqlandığını ümid etdiyimiz bu qərardan bir an əvvəl imtina edilərək, Dünya Müsəlman Alimlər Birliyinə və bu çətir altında bir araya gələn alimlərimizə layiq olduqları hörmətin göstərilməsini gözləyirik".
Müxalifət.az