RASULAYNDA KÜÇƏ DÖYÜŞLƏRİ DAVAM EDİR – Terrorçulara məxsus çox sayda silah-sursat ələ keçdi

Baxış sayı:
11355

Muxalifet.az “Hurriyet”e itinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi və ASO-nun Fəratın şərqində PKK/YPG-nin yaratmaq istədiyi terror koridorunu dağıtmaq, bölgədə asayiş  və sabitliyi təmin etmək məqsədilə apardığı əməliyyat Suriyanın Haseke şəhərinə bağlı Rasulayn qəsəbəsində davam edir.
Dünən gecə nisbətən sabitləşən bölgədə sübh vaxtından etibarən küçə döyüşləri qızışmağa başlayıb. Şanlıurfanın Ceylanpınar məntəqəsi  ilə üzbəüz olan Rasulayndakı terror hədəfləri sərhəd nöqtələrinə yerləşdirilmiş iriçaplı silahlarla susdurulub.
Ərazidə təsbit edilən 300-ə qədər tunellərdə gizlənən terrorçular dəqiq hədəfə alınmaqla zərərsizləşdirirlir. Rasulayndakı atışma səsləri Ceylanpınar küçələrindən də eşidilir.
Bu arada, Rasulyanın  cənubunda olan M4 Aliyə yolundaki silah anbarları Türkiyə Müdafiə Nazirliyi və SMO əsgərləri tərəfindən ələ keçirilib. Axtarış zamanı terrorşulara aid çox sayda silah-sursat götürülüb.
Muxalifet.az