Ramos Messinin rekordunu təkrarladı

Baxış sayı:
8840

İspaniya La Liqasının XI turunda "Leqanes"lə qarşılaşan "Real" böyükhesablı qələbə qazanıb - 5:0.

Muxalifet.az matc.az-a istinadən xəbər verir ki, bu görüş "kral klubu"nun kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Qarşılaşmanın 24-cü dəqiqəsində penaltidən fərqlənən 33 yaşlı mərkəz müdafiəçisi cari mövsüm La Liqada qol hesabını açıb. Ardıcıl 16-cı mövsümdə fərqlənməyi bacaran Ramos bununla "Barselona"nın kapitanı Lionel Messiyə məxsus rekordu təkrarlayıb.

Qeyd edək ki, hazırda aktivində 21 xal olan "Real" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.