Ramiz Mehdiyev vəzifəsindən azad olundu - SƏRƏNCAM

Baxış sayı:
13945

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi dəyişdi.

Bununla bağlı Prezident İlham Əliyev avqustun 31-də sərəncam imzalayıb. Sərancama görə Prezident tərəfindən təyin olunan Komissiya üzvləri qismində aşağıdakı şəxslər təyin ediliblər:

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Komissiyanın üzvləri arasından səsvermə yolu ilə Komissiyanın növbəti iclasında seçiləcək.

Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Bu günə qədər komissiyaya Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev rəhbərlik edirdi

Prezidentin təyin etdiyi komissiyanın yeni üzvləri arasında onun  olmaması Mehdiyevin artıq strukturun sədri olmayacağı deməkdir./Turan