Qubada minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var

Baxış sayı:
6010

Qubada yol-nəqliyyat hadisəsi baş verib. "Report"un verdiyi məlumata görə, hadisə Bakı-Quba avtomobil yolunun Quba şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Lada Priora" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Qəza zamanı "VAZ-2107" aşıb. İlkin məlumata görə hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi yardım Stansiyasının həkimləri və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.