"Qrupumuzdakı hər 3 komandaya hörmətlə yanaşmalıyıq" - "Arsenal"ın baş məşqçisi

Baxış sayı:
2299

"Qrumuzdakı hər 3 komandaya hörmətlə yanaşmalıyıq. Bu yarışda böyük bir yol keçmək istəyirik. Bir-birindən fərqli oyunlar və fərqli səfərlərimiz olacaq".

Muxalifet.az xəbər vreir ki, bunu İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib. 47 yaşlı mütəxəssis bildirib ki, həftədə iki oyun keçirmək fiziki cəhətdən ağırdır: "Bu, matça hazırlıq üçün az vaxtın olması və fiziki hazırlığın tamamlanması baxımından çətindir. Lakin biz bunun öhdəsindən gəlmək, çoxlu oyun keçirmək istəyirik. Milli komandaların oyunları ilə əlaqədar fasilə başa çatdıqdan sonra xeyli matça çıxacağıq. Çoxlu oyunçumuzdan yararlanacağımıza təminat verə bilərik".

İspaniyalı baş məşqçi məşqçi "Sevilya"dakı dövrlə müqayisədə "Arsenal"la bağlı durumun fərqli olduğunu söyləyib: "Mən karyeramın hər bir dəqiqəsində öyrənmişəm. İndi isə oyundan-oyuna daha da yaxşı olmağa davam etmək istəyirəm. Hər bir oyun 90 dəqiqədən ibarətdir. Rəqiblərə hörmətlə yanaşıram. Lakin biz hər bir matçda oyunumuzu yaxşılaşdırmaq niyyətindəyik. Bu, həm Avroliqa, həm də Premyer Liqa matçımıza aiddir".

Qeyd edək ki, "Arsenal" Avropa Liqasında "Qarabağ", Portuqaliya "Sportinq"i və Ukrayna "Vorskla"sı ilə birgə E qrupunda yer alıb./report/