"Qərb kimyəvi silahdan danışır, ancaq bunların altı boşdur"
9-04-2018 22:43
Baxış sayı:
2881
Hazırda Qərb ölkələri kimyəvi silahdan istifadə edilməsi barədə iddialar ortaya atır, ancaq bunların altı boşdur.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Yaxın Şərq üzrə ekspert Həsən Həsən çıxış edib.
"Əgər Dumada kimyəvi silahdan istifadə ilə bağlı iddialar BMT Təhlükəsizlik Şurasının gündəminə gətirilərsə, veriləcək qərara Rusiya və Çin tərəfindən veto qoyulacaq. Çünki Qərb ölkələrinin müharibədəki vəziyyəti dəyişmək üçün təhdidlərindən başqa bir şeyi qalmadı", - Həsən söyləyib.