Qonşular arasında qanlı dava – silahdan atəş açıldı, ölən var

Baxış sayı:
499

Gəncədə qətl hadisəsi verib.
Muxalifet.az
APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb. Belə ki, Akif İsmayılov 1989-cu il təvəllüdlü Zeynalabdin Kərimovla torpaq üstə mübahisə edib.
Mübahisədən sonra Akif İsmayılov öz ilə gətirdiyi qoşalülə tüfəngi ilə Z. Kərimova atəş açıb. Nəticədə sonuncu aldığı ağır güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxs tutulub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.