Qənirə Paşayevanın dairəsində qutuya topa bülleten atılması təsdiqini tapdı - MSK-dan RƏSMİ AÇIQLAMA

Baxış sayı:
9328

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 105 saylı Tovuz seçki dairəsi üzrə namizəd Raul Məmmədovun şikayətinə baxılıb.
Muxalifet.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.
O bildirib ki, namizəd öz şikayətində seçki dairəsində qanun pozuntularına yol verildiyini iddia edib. İlkin Şahbazov araşdırma zamanı bu iddiaların təsdiqini tapmadığını vurğulayıb. O, DSK-nın qərarının qüvvədə saxlanılmasını təklif edib. Təklif müzakirəyə çıxarılıb və MSK-nın ekspert qrupunun rəyi ilə qəbul edilib.
Müzakirə zamanı 28 saylı məntəqədə səsvermə qutusuna topa bülleten atılmasına dair iddia öz təsdiqini tapıb.
MSK sədri Məzahir Pənahov bu məqamın yekun protokolda öz əksini tapacağını vurğulayıb.
Qeyd edək ki, 105 saylı Tovuz seçki dairəsində lider namizəd Qənirə Paşayevadır.
Məlumat üçün onu da qeyd edək ki, bu gün bir sıra saytlarda dərc olunan "Qənirə Paşayevanın dairəsində qutuya topa bülleten atılması təsdiqini tapdı" sərlövhəli yazı sonradan yığışdırılıb...