Qəbələdə faciəvi hadisə - ÖLƏN VAR
10-07-2020 12:48
Baxış sayı:
4195

İyulun 9-da saat 15 radələrində Qəbələ rayonunda ağır yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, Hacallı kəndi ərazisində Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.