Qəbələdə ağır YOL QƏZASI - Ölən var

Baxış sayı:
3859

Qəbələ rayonununda iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata əsasən, Qəbələ rayonunun Savalan kəndində “Seat” və “VAZ” markalı iki minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğrayan “VAZ” markalı avtomobildən 1981-ci il təvəllüdlü Nəsirov Xəqani Əlövsət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. ​