"Qəbələ" qalib gəldi, III təsnifat mərhələsinə yüksəldi

Azərbaycan klubu yenidən Panatinaikosla qarşılaşacaq
 
"Qəbələ" klubu futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.
"Qırmızı-qaralar" Avroliqanın II təsnifat mərhələsində Polşa "Yagelloniya"sını üstələyib.
Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Belostok şəhərindəki cavab görüşündə 2:0 hesablı qələbə qazanıb. Qolları İlqar Qurbanovla Filip Ozobiç vurub. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, "Qəbələ" ümumi nəticədə mərhələ adlayıb.
III təsnifat mərhələsində rəqib Yunanıstan "Panatinaikos"u olacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab qarşılaşması avqustun 3-də Bakıda keçiriləcək. İki komanda 2015-2016 mövsümündə Avroliqanın "play-off"unda üz-üzə gəlmiş və "Qəbələ" səfərdə vurduğu qollar sayəsində mərhələ adlamışdı - 0:0, 2:2.
Avropa Liqası, II təsnifat mərhələsi, cavab oyunu
23:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) - 0:2
Qol: İlqar Qurbanov, 18. Filip Ozobiç, 90
Baş hakim: Konstantin Sebastian Koltesku
Yan xətt hakimləri: Radu Adrian Stefan Ginqulyak, Vladimir Urzitsa
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
Belostok, "Miejski" stadionu
İlk oyun - 1:1.