Qarabağda 25 əsgəri öldürüb, Talibana qoşuldular

Baxış sayı:
1069

Əfqanıstanın şənbə günü bir neçə əsgər öz xidmət yoldaşlarını güllələyərək, Taliban sıralarına qoşulublar.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Əfqanıstan mətbuatı yayıb.
Məlumata görə, insident Qəznə Vilayətinin Qarabağ rayonunda baş verib. Talibana qoşulan hərbçilərin 25 xidmət yoldaşını öldürdüyü bildirilib.
Onların postlarında olan silah-sursatla qaçdığı vurğulanıb.
Əfqanıstan Müdafiə Nazirliyi isə məsələni təkzib edərək, hərbçiləri taliblərin öldürdüyünü bildirib.