"Qarabağ" - "Makkabi" matçında ikinci hissə başladı - YENİLƏNİR

Baxış sayı:
7369

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda ikinci hissə start götürüb.

İlk yarıdan sonra hesab bərabərdir - 1:1.

***22:42

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda birinci hissə başa çatıb.

Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

***2:35

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda hesab dəyişib.

37-ci dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Xayme Romero tarazlığı bərpa edib.

***22:18

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda hesab açılıb.

22-ci dəqiqədə qonaqların heyətində Yonatan Koen penaltidən fərqlənib.

**(21:55

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" və İsrailin "Makkabi" (Tel-Əviv) komandası arasında keçirilən oyun start götürüb.

"Report"un məlumatına görə, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayıb.

Qeyd edək ki, Ağdam klubu Azərbaycandakı hərbi vəziyyət rejimi ilə bağlı rəqibini qardaş ölkədə qəbul edir.