​“Qarabağ” azarkeşlərindən rekord - 68 500 bilet...

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ölkəmizi təmsil edən “Qarabağ” İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq.
Muxalifət.az xəbər verir ki, qarşılaşma 22 noyabr saat 21:00-da “Bakı Olimpiya Stadionu”nda keçiriləcək.
Klubun mətbuatla əlaqələr şöbəsindən aldığımız rəsmi məlumata görə, azarkeşlər üçün ayrılmış 68 500 biletdən artıq 64 500-ü satılıb. Satılmayan biletlərin çoxu isə rəqib komanda üçün ayrılmış yerlərə aiddir.
Klubun daha öncə də verdiyi məlumata görə, Çempionlar Liqası çərçivəsində “Qarabağ”ın keçirəcəyi son ev oyununda tribunada 3D xoreoqrafiya şousu hazırlanacaq.