QARABAĞ ATLARI YETİŞDİRƏN QULUZADƏNİN HƏBSİNİN PƏRDƏARXASI - Bu həbsin arxasında Atçılıq Federasiyasının durduğu iddia olunur…

Baxış sayı:
2514

1993-cü ildə Ağdam rayonu düşmən tərəfindən işğal olunandan və Qarabağ atları da qaçqın taleyi yaşadıqdan sonra, bu atların cinsi tükənib, məhv olma təhlükəsi qarşısında qalmışdı. Muxalifet.az xəbər verir ki, 1998-ci ildən etibarən Qarabağ atlarının yetişdirilməsində və təbliğində misilsiz xidmət göstərən Yaşar Quluzadə bu əvəzsiz milli sərvətimizin qorunması işinə başlayıb.
Yaşar Quluzadə “Damazlıq atlar” kitabının redaktorudur. Dünyanın bir çox ölkələrində bu atların təbliğ olunmasında böyük rolu var. ABŞ-dakı “Qarabağ atları” cəmiyyətinin Azərbaycandakı nümayəndəsidir.
Onun fərdi təsərrüfatında bu illər ərzində səksən başdan artıq cinsin tələblərinə uyğun, heç bir qarışığı olmayan, təmizcins Qarabağ atı yetişdirilib. Bu atlardan bir çoxu cinsin ən məşhur nümayəndələridir və hazırda fəaliyyət göstərən təsərrüfatların əsas aparıcı ayğırları olmaqla, Qarabağ cinsinin əsas genofondunu təşkil edirlər. Azərbaycan atçılarının əksəriyyəti bu atları adları ilə tanıyırlar.
23.09.2020-ci il tarixində Yaşar Quluzadə polis əməkdaşları tərəfindən həbs edilib və Qarabağ atçıları bu həbsin arxasında Azərbaycan Atçılıq Federasiyasının durduğundan şübhələnirlər. Çünki bu qurumun rəhbərliyi tez-tez Yaşar Quluzadənin qiymətli sərvətimizə olan biganəliyinə görə tənqid hədəfi olmuşdur, hətta aralarında məhkəmə çəkişməsi də vardır.
Yaşar Quluzadə və Qarabağ atçıları uzun illər ərzində, çox böyük maddi sıxıntılarla, ailədən kəsib atlara sərf etməklə, bir neçə vətənpərvərin səyləri nəticəsində, tipik, qızıl Qarabağ köhlənlərinin bir qismini xilas etmiş, hətta bir qədər də artırmışlar. Bu gun onun nahaq yerdən həbs olunması nə dərəcədə düzgündür?

Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.