“Qanuni oğru” Əli Heydərovu Taleh Orucov güllələyib... - "LOTU QULİ"NİN QİSASI ALINIB / Video, Yenilənib

Baxış sayı:
4845

Bu gün Moskvada azərbaycanlı “qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən killerin kimliyi məlum olub. Rusiya mənbələri xəbər verir ki, həmin şəxs Taleh Orucovdir. Onun şəxsiyyətini “112” Telegram-kanalı açıb və şübhəlinin fotosunu dərc edib.

Xəbər verildiyi kimi, killer Əli Heydərovu Moskvada yaşadığı binanın birinci mərtəbəsində yerləşən idman zalında haqlayıb. Heydərov qaçış cığırında idman edərkən killer ona yaxın məsafədən bir neçə atəş açıb, sonuncu kontrol atəşini başından açaraq hadisə yerini tərk edib. Hazırda onun axtarışları davam edir.

***

Müstəntiqlər Moskvanın “Alıe parusı” elit yaşayış kompleksində qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Əli Heydərovun (Albert Rıjı) qisasçılıq zəminində öldürülməsi ilə bağlı iki versiya irəli sürüblər.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ilkin versiya kriminal avtoritetin ölümü oğru dünyasının nümayəndələri tərəfindən qisasçılıq zəminində törədilib.

Qeyd edilib ki, “Albert Rıjı” kriminal aləmin məşhur ismlərindən olan Nadir Səlifovun (lotu Quli) qətlinin gizli sifarişçisi olduğundan öldürülüb.

Digər versiyaya görə, qətl mərhumun hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əməkdaşlıq etdiyi üçün həyata keçirilib.

Xatırladaq ki, "qanuni oğru" Əli Heydərov bu gün saat 13 radələrində Moskvada “Alıe parusı” elit yaşayış kompleksinin fitnes zalında qətlə yetirilib. Muzdlu qatil zala girərək silahla ona arxadan atəş açıb.