"Qalatasaray"ın futbolçusu ağciyərindən zədələndi
25-10-2018 15:41
Baxış sayı:
2779

Çempionlar Liqasının III turunda "Şalke" ilə keçirilən görüşdə zədələnən "Qalatsaray" klubunun futbolçusu Yuto Naqatomonun vəziyyəti barədə açıqlama verilib.
Muxalifet.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçinin ağciyərindən zədə aldığı bildirilib.
Görüşün 81-ci dəqiqəsində top güclü zərbədən sonra yaponiyalı oyunçunun sinəsinə dəyib və o, qısa müddət nəfəs ala bilməyib. Naqatomo stadiondan birbaşa xəstəxanaya aparılıb.
Yaponiyalı futbolçu bir neçə gün xəstəxanada qalacaq və müalicə alacaq.
Qeyd edək ki, "Qalatasaray" - "Şalke" matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.