"PYD MÜNBİÇDƏN ÇƏKİLDİ” İDDİASI

Baxış sayı:
6022

ABŞ rəsmiləri və terror təşkilatı PYD-nin Münbiçdə keçirdiyi toplantıda, Münbiçin ASO-ya təslim edilməsi qərarının alındığı iddia edilib.
 
Türk silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) hissələrinin 2 ayda Suriyanın Afrin bölgəsində nəzarəti təmin etməsindən sonra, gözlər PYD/YPG nəzarətindəki Münbiçə çevrildi. Afrindən sonra növbənin Münbiçə gələcəyini qeyd edən prezident Rəcəb Tayyib Ərdoğan, Amerika əsgərlərinin buradan çıxarılmasını istəmiş və Türk əsgərinin oraya girərək, bölgəni həqiqi sahiblərinə təslim edəcəyini söyləmişdi.
“Habertürk”ün verdiyi məlumata görə, Türkiyənin Münbiçdəki qətiyyətli mövqeyi ABŞ rəsmilərinin terror təşkilatı PYD/YPG ilə bu məsələni müzakirə etmək üçün Münbiçdə dünən iclas keçirməsinə səbəb olub. İclasda Münbiçin ASO-ya təslim edilməsi barədə qərar çıxdığı iddia edilib. İclasda eyni zamanda Münbiçin müəyyən yerlərində ABŞ müşahidə məntəqələrinin olması və Fəratın qərbində PYD/YPG-nin olmaması yönündə qərar qəbul olunduğu da bildirilib.
Müxalifət.az