Pxenyan öldürücü zərbəyə hazırlaşır - Gizli proqram
17-02-2019 22:05
Baxış sayı:
1693

Şimali Koreya administrasiyası aeroportlardan və digər mülki obyektlərdən istifadə edərək özünün ballistik və raket proqramını gizlicə inkişaf etdirir.
Muxalifet.az xəbər verir ki, bu barədə “Kiodo” agentliyi məlumat yayıb.
“Ekspert komissiyası müəyyən edib ki, Pxenyan öldürücü zərbələrin hazırlanması üçün mülki və sosial obyektlərdən öz məqsədləri üçün istifadə edir. Həmin obyektlər əsasən magistral yolların kənarında və nəqliyyat yollarının qovşağında yerləşir”, - deyə məlumatda bildirilib.