Putinlə Zelenski arasında ikitərəfli görüş keçirilir - İLK DƏFƏ
10-12-2019 00:20
Baxış sayı:
3337
Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb. Buna qədər Putin və Zelenski heç vaxt görüşməyib, yalnız bir neçə dəfə telefonla danışıblar. Protokola əsasən görüş təxminən 45 dəqiqə davam etməlidir. Lakin, Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqlar vaxtla məhdudlaşmır. Onun fikrincə, əsas məsələ iclasda Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə etməkdir. Görüşdə iki ölkə arasında qaz məsələsinin müzakirə ediləcəyi barədə məlumat verilməyib.