Putinlə Lukaşenkonun görüşündə işıq söndü

Baxış sayı:
3772

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putun arasında keçirilən görüş zamanı işıq qəfildən sönüb.
Elektrik enerjisinin kəsilməsi iki liderin giriş nitqi bitən ana təsadüf edib.
"Elektrik bitdi”, - deyə V. Putin zarafat edib.
Lukaşenko isə zarafatla “Bunun hamısı Dima Peskovun (Rusiya liderinin mətbuat katibi) işidir, mən bilirəm”, - söyləyib.
Nümayəndə heyətləri gülüşüb və danışıqları davam etdirib.
Qeyd edək ki, Rusiya və Belarus prezidentləri iki ölkə arasında İttifaq Dövlətinin yaranmasının 20 illiyi ərəfəsində Soçidə görüşürlər./APA