Putinin “şefi”, “Vaqner”in maliyyə dəstəkçisi danışdı - “ZƏFƏR BİZİM OLACAQ…”

Baxış sayı:
2242

Dünyanı dəhşətə gətirən “Vaqner” muzdlularına başçılıq edən Putinin “şefi” Yevgeni Priqojin Qərbi hədələyib. Belə ki, o, “qələbə bizim olacaq” deyərək, rusları “üçüncü dünya pisliyi” kimi görən ölkələri və insanları “nəsli kəsilməkdə olan yazıqlar” adlandırıb.

Qafqaz.media xəbər verir ki, rusiyalı iş adamı və Vladimir Putinin yaxın dostu Yevgeni Priqojin Kreml sarayındakı ziyafətləri tənzimləyən şəxs olduğu üçün “Putinin aşpazı” kimi tanınır. 60 yaşlı Priqojinin həm də “Wagner Group”-un baş maliyyəçisi olduğu güman edilir.

Putin’in şefi konuştu: Zafer bizim olacak

PUTİNİN ÖZƏL ORDUSU

Qeyd edək ki, muzdlu “Vaqner” qrupu bütün dünyada, xüsusilə Afrika və Yaxın Şərqdə Putinin şəxsi ordusu kimi fəaliyyət göstərir.

Dünya mediasında tez-tez “Putinin şefi” adlandırılan Yevgeni Priqojin bu həftə “The Guardian” qəzetində verdiyi açıqlamada Qərbi tənqid atəşinə tutub.

"Sən rusları, malililəri, mərkəzi afrikalıları, kubalıları, nikaraqualıları, eləcə də bir çox başqa xalqları və ölkələri “üçüncü dünyanın pisliyi” kimi görən ölməkdə olan Qərb sivilizasiyasısan. Biz milyardlarıq və qələbə bizim olacaq!", - Priqojin deyib.

Putin’in şefi konuştu: Zafer bizim olacak

Onun bu sərt bəyanatı “The Guardian” qəzetinin “Vaqner” qrupunu Malidə 300-ə yaxın mülki şəxsin qətliamı ilə əlaqələndirən sübutları dərc etməsindən sonra gəlib.

MALİNİ DƏ QARIŞDIRDILAR!

“Vaqner” muzdlu qruplaşması bütün dünyada bir sıra münaqişələr və amansız qətllərlə əlaqələndirilir və onun Moskva ilə heç bir rəsmi əlaqəsi olmadan öz çirkin işlərini aparan “Putinin şəxsi ordusu” kimi fəaliyyət göstərdiyi güman edilir.

Məlumdur ki, “Vaqner” döyüşçüləri Malidə 2020-ci il hərbi çevrilişində ölkə hökumətini devirmiş xuntaya köməklik göstəriblər.

Putin’in şefi konuştu: Zafer bizim olacak

Əksəriyyəti mülki vətəndaş olan 300-ə yaxın insanın qətliamı haqda ortaya çıxan faktlardan sonra “Vaqner” qrupunun Malidə insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığı iddia edilir.

Hələ bu muzdlular Ukraynaya qarşı hücuma qoşulmazdan əvvəl Rusiya bu silahlıları onlarla Afrika ölkəsində hərbi əməliyyatlara qoşmuşdu.

“Vaqner” özünü müstəqil hərbi qrup kimi təqdim edir və Kreml bu muzdlularla hər hansı bağlılığını, hətta bəzən bu qrupun mövcudluğunu inkar edir.

Lakin “Vaqner”in Rusiya maraqlarına sadiqliyi Ukraynada özünü büruzə verdi. Belə ki, bu silahlı dəstə hazırda Donbass bölgəsinə hücum edən Rusiya işğaıçıları arasında idi. Qrupun soyuqqanlı ağ kəllə emblemi ilə görünən uniformalı döyüşçülərinin Ukraynada olduqları sənədləşdirilir.

Putin’in şefi konuştu: Zafer bizim olacak

Priqojin “The Guardian”-a müsahibəsində şəxsi hərbi şirkəti ilə bağlı iddiaları təkzib edərək, "Vaqner” qrupunun “mövcud olmadığını" təkid edib və Malidəki hadisələri "kollektiv Qərbin, yəni ABŞ, Böyük Britaniya və Fransanın yerləşdirdiyi terror təşkilatları ilə əlaqələndirib".

Lakin Ukraynanın şərqində işğal başlayandan bəri “Vaqner” qrupu nişanı daşıyan döyüşçülərin fotoları çəkilib və muzdluların Mali hərbi dairlələrini və əsgərlərini dinc əhaliyə qarşı qızışdırması barədə geniş məlumatlar var.

ŞƏKİLLƏR HƏR ŞEYİ SÜBUT EDİR

Ukraynanın şərqindəki Popansa qəsəbəsindən dronla çəkilən görüntülərdə Rusiya komandasının Ukrayna əsgərləri ilə gərgin küçə döyüşləri apardığı görünür. Bu qrup bir evə basqın edir və insaları təslim olmağa məcbur etmədən əvvəl qumbara atır...

Putin’in şefi konuştu: Zafer bizim olacak

Görüntülər Britaniya kəşfiyyatının bu gün Rusiya qüvvələrinin Donbass uğrunda döyüşdə “müdafiəni qırmaq və sürət qazanmaq üçün mübarizə apardığını” və nəticənin ümumi müharibə üçün həlledici olduğunu dediyi vaxt ortaya çıxdı.

Xatırladaq ki, “Vaqner” muzdlularının görüntülərini ilk dəfə Ukraynadan olan və Krımda yaşayan, yüz minlərlə izləyicisi olan rusiyapərəst Boris Rojin adlı bloqqer “Polkovnik Kassad”ın Telegram kanalında yayımlayıb.