PUTİNİN İŞĞALÇI ORDUSUNUN QARŞISI XARKOV YAXINLIĞINDA KƏSİLDİ - "Ukraynalı müdafiəçilər düşmənin hücumlarını dayandırır…"

Baxış sayı:
760

Ukraynalı döyüşçülər Xarkov şəhəri yaxınlığında Rusiyanın işğalçı ordusunun hücumlarını dayandırıblar. 
Muxalifet.az xəbər verir ki, bu barədə “Telegram”-da Ukrayna Milli Qvardiyasının (NGU) mətbuat xidməti məlumat yayıb.

"Ukraynalı müdafiəçilər Xarkov yaxınlığında düşmənin hücumlarını dayandırır", - deyə açıqlama verilib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya müharibə elan edib və genişmiqyaslı işğala başlayıb.

Rusiya qoşunları artilleriya, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və ballistik raketlərdən istifadə etməklə Ukrayna şəhər və qəsəbələrini, yaşayış məntəqələrini, infrastruktur obyektlərini atəşə tutur və məhv edir.

Ukraynada hərbi vəziyyət tətbiq edilib və ümumi səfərbərlik elan edilib. Ölkə rus işğalçılarının qarşısını alır.