​Putin ukraynalı liderin təklifini dəstəklədi

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə Donbas separatçıları arasında məhbusların mübadiləsi ilə bağlı “Ukraynanın seçimi – Xalqın hüququ” ictimai hərəkatının lideri Viktor Medvedçukun təklifini dəstəkləyib.
Muxalifet.az xəbər verir ki, Putin əsirlərin mübadiləsi mövzusuna şəxsən müdaxilə edəcəyini açıqlayıb.
“Məndən asılı olan hər şeyi edəcəm. Donetsk və Luqansk "respublikalarının" rəhbərləri ilə danışacam. Ümid edirəm ki, sizin təklif etdikləriniz reallaşacaq”, - Putin Medvedçukun təklifinə münasibət bildirib.
Xatırladaq ki, sentyabr ayında rəsmi Kiyev qondarma Donetsk və Luqansk xalq respublikalarının hərbçiləri tərəfindən götürülən 88 ukraynalı əsiri 313 separatçı ilə dəyişməyə hazır olduğunu bildirib.