Putin Suriyaya getdi

Rusiya Prezidenti Vladimir Putin Dəməşqə getdi. Bu barədə çərşənbə axşamı Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Muxalifet.az bu barədə TASS-a istinadla bildirir. “Vladimir Putin, hava limanından Suriya Ərəb Respublikasında Rusiya Federasiyası Silahlı Qüvvələrinin bir qrup qüvvəsinin komandanlıq postuna yola düşərək Dəməşq küçələrindən keçdi" dedi.
"Komandanlıq postunda Putini Suriya prezidenti Bəşər Əsəd qarşıladı" dedi Peskov. "İki dövlət başçısı ölkənin müxtəlif bölgələrindəki vəziyyətlə bağlı hərbi hesabatları dinlədilər", - Peskov əlavə edib.
Rusiya prezidentinin Şam səfəri zamanı Rusiya və Suriya nümayəndə heyətləri arasında danışıqlar baş tutdu. "Əsədlə söhbətində Putin qeyd etdi ki, indi əminliklə deyə bilərik ki, Suriya dövlətçiliyinin və ölkənin ərazi bütövlüyünün bərpası üçün çox böyük bir məsafə keçildi", Peskov dedi.
Onun sözlərinə görə, "Putin Dəməşq küçələrində öz axarına düşmüş dinc həyatın əlamətlərini gözlə görməyin mümkün olduğunu da qeyd etdi ".
Muxalifet.az